“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən qurumdur. Məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. 


Agentlik bu sahədə fəaliyyət göstərən təhsil müəssisələrinin işini tənzimləyir, əlaqələndirir və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarını, habelə Elm və Təhsil Nazirliyinin normativ hüquqi sənədlərini rəhbər tutur. 


Agentlik təhsil müəssisələrində dövlət təhsil standartlarının tətbiqinə nəzarət edir, tədris-metodiki rəhbərliyi həyata keçirir, məktəbəqədər və ümumi təhsilin əlçatanlığını və keyfiyyətini təmin etmək məqsədilə layihələr icra edir. Eyni zamanda, təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirmə), şagirdlərin qəbulu və yerdəyişməsi proseslərini təşkil edir, dərslik və tədris vəsaitləri ilə təminatı həyata keçirir, xüsusi qayğıya ehtiyacı olan və istedadlı uşaqlarla bağlı tədbirlər görür. 


Bundan əlavə, Agentlik təhsil müəssisələrində təlim-tərbiyə prosesinə dövlət nəzarətini təmin edir, statistik məlumatları toplayır və təhlil edir, maliyyə vəsaitlərinin səmərəli istifadəsinə nəzarət edir, vətəndaş müraciətlərinə qanunvericiliyə uyğun qaydada baxır və ictimaiyyətin məlumatlandırılmasını təmin edir.

icon

Missiyamız

Məktəbəqədər və ümumi təhsil sahəsində dövlət siyasətinin səmərəli həyata keçirilməsini və təhsilin keyfiyyətli inkişafını təmin etmək.

Komitənin fəaliyyət istiqamətləri: